Rusiya Prezidenti bəzi Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib- Detallar
(6-02-2019, 18:14)

Rusiya Prezidenti bəzi Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib- DetallarRusiya Prezidenti Vladimir Putin ölkəyə vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşları kateqoriyasını genişləndirib.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi məlumat portalında yerləşdirilib.

Fərmana əsasən, bundan sonra RF-ə qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər “Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.


Ana səhifəyə qayıt
    Oxunub: 2175

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac