Pakistan sülhə doğru addım atdı –Əsir pilot xüsusi təyyarə ilə Hindistana göndərilib
(1-03-2019, 19:20)

Pakistan sülhə doğru addım atdı –Əsir pilot xüsusi təyyarə ilə Hindistana göndərilibPakistan iki gün əvvəl Kəşmir üzərində vurduqları Hindistana məxsus “MİQ-29” qırıcı təyyarəsinin əsir aldıqları pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

Hindistanla Pakistan sərhədinin Pəncab sahəsində yerləşən Vəgəh Əttari buraxılış məntəqəsinin Hindistan tərəfində toplaşan yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanan pilotun daha sonra yaxınlıqdakı Əmritsar hava limanından paytaxt Dehiyə xüsusi təyyarə ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın Baş naziri İmran Xan “sülh işarəsi” olaraq əsir pilotu azad etməyə hazır olduqlarını açıqlamışdı.


Ana səhifəyə qayıt
    Oxunub: 1218

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac