İstanbulda səslər yenidən sayılacaq: AKP-nin etirazı qəbul edildi
(3-04-2019, 11:52)

İstanbulda səslər yenidən sayılacaq: AKP-nin etirazı qəbul edildiTürkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq.

Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi.


Ana səhifəyə qayıt
    Oxunub: 1740

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac