İstanbulun 14 rayonunda təkrar səs sayımı bitdi:"AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi"
(5-04-2019, 11:19)

İstanbulun 14 rayonunda təkrar səs sayımı bitdi:"AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi"İstanbulun 14 rayonunda bələdiyyə seçkilərinin nəticələrinin təkrar sayılması başa çatıb.

Qanun-namine.info xəbər verir ki, bu barədə az əvvəl CHP-li Əkrəm İmamoğlunun seçki qərargahı məlumat yayıb.

Bildirilib ki, AKP-nin etirazı ilə 14 rayonda etibarsız hesab edilmiş 89 min 225 bülleten təkrar sayılıb: “Nəticədə AKP-yə 1596, CHP-yə isə 532 səs əlavə edildi. Bununla da 14 rayon üzrə fərq 1064 oldu”.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib. Lakin AKP-nin etirazı ilə iki gün əvvəldən başlayan təkrar səssaymadan sonra isə bu fərq 19 min civarında dəyişir.

Hazırda digər rayonlarda səslərin təkrar sayılması davam edir. Bildirildiyinə görə, proses 3 gün içində yekunlaşacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 5220

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac