Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz bəyanat:"Bizim münasibətdə heç bir şərtimiz yoxdur"
(11-04-2019, 17:32)

Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz bəyanat:"Bizim münasibətdə heç bir şərtimiz yoxdur"Litvanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Egidijus Vareikis Ermənistanın baş naziri Nikol Paşinyana sualla müraciət edib.

Qanun-namine.info “Report”a istinadən xəbər verir ki, litvalı parlamentari Ermənistanın yalnız Azərbaycanla deyil, başqa qonşu ölkələrlə də münasibətlərinin yaxşı olmadığını deyərək bunun səbəblərini soruşub.

N.Paşinyan isə cavabında bildirib ki, Ermənistanın Gürcüstan və İranla münasibətləri yaxşıdır: “Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik”.


Ana səhifəyə qayıt
    Oxunub: 1653

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac