Budapeşt Sorosa qarşı mübarizədə israrlıdır:"Qanunları və əsasnamələri dəyişməyəcəyik"
(8-05-2019, 18:29)

Budapeşt Sorosa qarşı mübarizədə israrlıdır:"Qanunları və əsasnamələri dəyişməyəcəyik"Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Biz Macarıstanda ali təhsili tənzimləyən qanunları və əsasnamələri dəyişməyəcəyik. Biz əvvəlki kimi bu təmələ söykənəcəyik. Macarıstan hökumətinin mətbuat katibi Zoltan Kovaç mayın 8-də Avropa İttifaqı tərəfindən təzyiqin artması, Berlinin rəsmi Budapeşt ilə əsası Corc Soros tərəfindən qoyulmuş, Macarıstan hökuməti tərəfindən bağlanmış Mərkəzi Avropa Universiteti arasında vasitəçi olmaq təklifi barədə informasiyanı şərh edərkən belə bir cavabla çıxış edib.

AZƏRTAC-ın xəbər verdiyi kimi, MAU bu ilin sentyabrından əməliyyatlarının bir hissəsini Vyanada aparacaq. Bu, universitetin Macarıstan ərazisində ABŞ diplomları verməsini qadağan edən yeni qaydalar nəticəsində məcburi tədbir olub.

Universitetin rektoru Mixail İqnatyev ötən ay verdiyi bəyanatında bildirib ki, MAU-nun Vyanaya köçürülməsi planını ləğv etmək üçün o, əvvəlcə Baş nazir Viktor Orbandan belə bir aydın siyasi öhdəliyə nail olmaq istərdi ki, universitet azad şəkildə diplomlar verə bilər. O deyib: “Bu siyasi öhdəlik qanunvericiliklə təsbit edilməli və MAU-nun Budapeştdə bütün əməliyyatları hüquqi baxımdan təmin olunmalıdır”.

Almaniya hökuməti, Bavariya əyalət hökuməti və Münxen Texniki Universiteti bu münaqişənin nizamlanmasında öz vasitəçilik xidmətlərini təklif ediblər. Lakin göründüyü kimi, Budapeşt həmin təklifləri rədd edib.


Ana səhifəyə qayıt
    Oxunub: 5046

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac