Avropalılar Rusiyanı təhlükə sayır –Sorğu
(14-05-2019, 10:56)

Avropalılar Rusiyanı təhlükə sayır –SorğuAvropalıların 40 faizi Rusiyanı Avropa İttifaqı üçün təhdid olaraq görür.

Bu barədə “YouGov” tədqiqat mərkəzinin rəy sorğusunda deyilir.

Rəyi soruşulanların 24 faizi Rusiyanı təhdid görmədiyini deyib, 36 faizi cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, respondentlərin 47 faizi Avropanın ümumi ordusunun yaradılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, rəy sorğusu Avropanın 8 ölkəsində 8 mindən çox respondent arasında keçirilib. /Trend


Ana səhifəyə qayıt
    Oxunub: 4089

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac