REGİONDA TƏHLÜKƏ!ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
(17-05-2019, 11:44)

REGİONDA TƏHLÜKƏ!ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olubABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub, hərbi dəniz qüvvələrinin bir neçə gəmisi də onlara yaxınlaşmaq üzrədir.

Qanun-namine.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bütün bunlar İranla münasibətlərin pisləşməsi fonunda baş verir.

Aviasiyadaşıyıcı zərbə qrupuna hələlik körfəzə daxil olmayan "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadriya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir. Gəmi bu həftənin əvvəlində də “McFaul” gəmisi ilə birgə körfəzdə peyda olmuşdu.

Bildirilir ki, "Abraham Lincoln" gəmisi 90 təyyarə və helikopteri daşıya bilir. Qrupa, həmçinin raket kreyseri "Leyte Gulf", "Mendez Nunez" freqat gəmisi, eskadriya minadaşıyıcı "Bainbridge" gəmisi daxildir. Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən "Arlington" gəmisi də yer alıb.

Pentaqon əmin edir ki, gəmi qruplarının yerləşdirilməsi İranın hücum niyyəti ilə bağlı “yüksək hazırlıq nişanəsi”nə cavab tədbiridir.

Qeyd edək ki, prezident Donald Tramp müdafiə naziri Ceyms Mettisə İranla müharibənin olmayacağına dair vəd verib. İranın ali dini lideri Əli Xamenei də ölkəsinin ABŞ-la müharibə etmək istəmədiyini bildirib.


Ana səhifəyə qayıt
    Oxunub: 4089

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac