Türkiyə Müdafiə Nazirliyi “Pəncə” ilə bağlı hesabat yaydı:"15 terrorçu öldürülüb"
(29-05-2019, 12:12)

Türkiyə Müdafiə Nazirliyi “Pəncə” ilə bağlı hesabat yaydı:"15 terrorçu öldürülüb"Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında başlatdığı “Pəncə” əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

“Pəncə” əməliyyatına qatılan komando qüvvələrimiz PKK terror qruplaşmasına aid sığınacaq, mağara və silah mövqelərini müəyyən edərək sözügedən nöqtələrin məhv edilməsi fəaliyyətlərini davam etdirir”, – Türkiyə MN-dən bildirilib.

Qeyd edək ki, əməliyyat mayın 27-də “Fırtına” haubitsalarının zərbələri ilə başlayıb. 27 may saat 20:00 radələrində türk komandos dəstələri Şimali İraqa daxil olub.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac