Ərəb dənizində sensasion olay:Oman, Yaponiya və Tayvanın neft tankerləri vuruldu
(13-06-2019, 13:40)

Ərəb dənizində sensasion olay:Oman, Yaponiya və Tayvanın neft tankerləri vurulduHind okenanının şimalı hissəsində Ərəb dənizində neft daşıyan supertankerdə ard-arda partlayış baş verib.

Hadisə Hind okenanının şimalı hissəsində, Ərəb dənizində baş verib.

Gəmi heyətləri hücuma məruz qalmaları barədə həyacan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib.

Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib. Bildirilib ki, tankerin göyərtəsində 3 partlayış olub və sonra batıb.

Tayvana aid bir tankerin mənşəyi məlum olmayan bir cisim tərəfindən vurulması nəticəsində isə 21 nəfər təxliyyə edilib.

Bu arada isə Yaponiyanın Ticarət Nazirliyi isə Hörmüz boğazı yaxınlığında iki tankerinin hücuma məruz qaldığını bildirib.

İrandan verilən məlumata görə isə, Oman körfəzində hücuma məruz qalmış neft tankerlərindən 44 dənizçini xilas edilib. İRNA xəbər verir ki, tankerlər Birləşmiş Ərəb Əmriliyinin Dəniz Ticarət Əməliyyatları qrupuna aiddir/Report.


Ana səhifəyə qayıt
    Oxunub: 4959

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac