Avropa İttifaqı Şurasına yeni prezident seçilib
(3-07-2019, 11:17)

Avropa İttifaqı Şurasına yeni prezident seçilibÇarlz Mişel Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Avropa İttifaqı Şurasının saytının verdiyi xəbərə görə, yeni prezident rəsmi fəaliyyətə 2019-cu il dekabrın 1-dən başlayacaq və səlahiyyət müddəti 2022-ci il mayın 31-də başa çatacaq.

Çarlz Mişel bu müddətdə həm də Avropa Sammitinə rəhbərlik edəcək.

Avropa İttifaqı Şurası həmçinin Ursula von der Leyenin Avropa Komissiyasının prezidenti postuna namizədliyini təsdiqləyərək Avropa Parlamentinə təqdim edib. İrəli sürülən namizəd Avropa Parlamentinin deputatları tərəfindən seçiləcək.

Aİ Şurası Cozep Borrell Fontellessin namizədliyini Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postuna təsdiq edib. Aİ-nin ali nümayəndəsinin rəsmi təyinatının təsdiqlənməsi üçün Avropa Komissiyasının yeni prezidentinin təsdiqləməsi tələb olunur.

Aİ Şurası Kristine Laqardenin namizədliyini isə Avropa Mərkəzi Bankının prezidenti postuna təsdiqləyib.


Ana səhifəyə qayıt
    Oxunub: 3393

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac