Litvada yeni hökumət qurulur- Prezident parlamentin razılığı ilə Baş Naziri seçəcək
(16-07-2019, 17:30)

Litvada yeni hökumət qurulur- Prezident parlamentin razılığı ilə Baş Naziri seçəcəkİyulun 17-də Litva Prezidenti Gitanas Nauseda parlamentə yeni hökumətin qurulması ilə bağlı təkliflərini irəli sürəcək.

Prezident hökumətə rəhbərlik etmək üçün hazırkı Baş Nazir Saulyus Skvernelisin namizədliyini irəli sürmək niyyətindədir. Ölkə Konstitusiyasına görə, Prezident parlamentin razılığı ilə Baş Naziri seçir.

Qeyd edək ki, Saulyus Skvernelis sonuncu prezident seçkilərində namizədliyini irəli sürmüşdü və seçilməyəcəyi təqdirdə hazırkı Baş Nazir postundan da istefa edəcəyini bildirmişdi. Lakin yeni seçilmiş Prezident Gitanas Nauseda ilə təkbətək görüşündən sonra o, vəzifəsinə davam edəcəyini açıqlamışdı(azərtac).


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac