İraqda restorana silahlı hücum:Türkiyənin 3 diplomatı öldürüldü -FOTO
(17-07-2019, 15:47)

İraqda restorana silahlı hücum:Türkiyənin 3 diplomatı öldürüldü -FOTOİraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbildə terror aktı törədilib.

Qanun-namine.info Anadolu agentliyinə istinadən xəbər verir ki, restorana təşkil olunan silahlı hücum nəticəsində bir neçə nəfər həlak olub. Yaralılar var. Məlumata görə, hadisə zamanı türkiyəli diplomatlar da restoranda olub.

Ölənlər arasında Türkiyənin Ərbildəki baş konsulunun köməkçisi Hakan Karaçay da var. Azı 3 diplomatın öldüyü deyilir. Bəzi mənbələr hücumun partlayıcı qurğunun işə salınması ilə təşkil olunduğunu yazır.


Ana səhifəyə qayıt
    Oxunub: 2349

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac