Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə hücum:20 nəfər öldü, 50 yaralı var
(29-07-2019, 10:39)

Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə hücum:20 nəfər öldü, 50 yaralı varƏfqanıstan vitse-prezidentliyinə namizədlərdən biri Əmrullah Salehin Kabildəki ofisinə ötən gün hücum edən naməlum şəxslərlə atışma zamanı azı 20 nəfər ölüb, 50 nəfər də yaralanıb.

“ToloNews” xəbər verir ki, Salehin və başçılıq etdiyi Milli Hərəkatın qərargahı yaxınlığında əvvəlcə avtomobil partladılıb, daha sonra azı dörd yaraqlı binanı atəşə tutaraq içəri girib.

Partlayış anında təqribən yüzədək tərəfdarı ilə binada olan Ə.Salehin yaralandığı, daha sonra da təxliyyə olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən terrorçulara qarşı altı saatadək davam etmiş əməliyyatda ölənlərdən 16 nəfərin mülki şəxslər, dördünün də hücum edənlər olduğunu bildiriblər.

Qeyd edək ki, Ə.Saleh əvvəllər kəşfiyyat rəhbəri və daxili işlər naziri vəzifələrində çalışıb.

Hələləik bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur.


Ana səhifəyə qayıt
    Oxunub: 1740

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac