ABŞ-dan İranla bağlı daha bir qərar:nüvə məhdudiyyətinin müddəti uzadıldı
(1-08-2019, 11:18)

ABŞ-dan İranla bağlı daha bir qərar:nüvə məhdudiyyətinin müddəti uzadıldıABŞ Dövlət Departamenti İranın nüvə silahı yaratmaq imkanlarını azaltmaq məqsədi ilə bu ölkənin nüvə proqramına dair məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.

Bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Morqan Ortaqus bildirib.

İran hökumətinin nüvə proqramından “beynəlxalq ictimaiyyətə hədə-qorxu gəlmək, regional təhlükəsizliyə xələl gətirmək üçün” istifadə etdiyini irəli sürən Dövlət Departamentinin rəsmisi bu ölkənin nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün hər cür iqtisadi və diplomatik vasitələrdən istifadə edəcəklərini vurğulayıb.

Bundan əvvəl ABŞ hökuməti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etmişdi.


Ana səhifəyə qayıt
    Oxunub: 1653

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac