Xameneyinin istefası tələb edilir –İran
(19-08-2019, 15:27)

Xameneyinin istefası tələb edilir –İranİranın Ali dini lideri Ayətullah Əli Xameneyinin istefası ilə bağlı çağırış məktubuna imza atmış daha bir nəfər, Abbas Vahidian Şahrudi həbs edilib, insan haqları müdafiəçiləri bildirir.

Onun insan haqları müdafiəçisi və yazıçı olduğu deyilir. Cənab Vahidian bazar günü Məşhəd şəhərindəki evində həbs olunub, bu barədə Hrana saytı yazır.

O, bundan əvvəl də, keçən ilin oktyabr ayında İranın “milli təhlükəsizliyinin əleyhinə fəaliyyətdə” ittiham olunaraq həbs edilib və dekabr ayında zaminə buraxılıb, BBC News Farsca saytı yazır.

Ayətullah Əli Xameneyinin həbsi tələbi ilə məktubu bir həftə bundan əvvəl bir qrup insan haqları fəalı və yazıçı imzalayıb. Onların bəziləri Məşhəddə həbs edilib.

Məktuba imza atmış şəxslər İran İslam Respublikası rəhbərliyini istefasını və ölkə konstitusiyasına dəyişikliyi tələb edirlər.

Onlar “sistemli və məsuliyyətsiz tiranlığın” İranda qeyri-sabit vəziyyətə yol açdığını bildirirlər. (BBC azeri)


Ana səhifəyə qayıt
    Oxunub: 2088

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac