ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib
(26-08-2019, 11:40)

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minibBritaniyanın Solsberi şəhərində baş vermiş hadisəyə görə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.

Bildirilir ki, rəsmi Vaşinqton sanksiyaların Rusiyanın kimyəvi və bioloji silahı tətbiq etməməklə bağlı zəmanəti verməməsi ilə əsaslandırıb.

Yeni sanksiyalar Rusiyanın dövlət borcu ilə əməliyyatı əhatə edir, həmçinin rəsmi Vaşinqtonun Moskvaya beynəlxalq maliyyə təşkilatlarında hər hansı borc almasına mane olacağını vəd edir.

Eyni zamanda Amerika banklarına Rusiya hökumətinə rublla kreditlər vermək qadağan edilir. Bu halda Birləşmiş Ştatlar diplomatik münasibətlərin səviyyəsini aşağı salmayıb və Rusiya aviaşirkətlərinin uçuşlarını qadağan etməyib.

Neftlə və neft məhsulları ilə ticarət də sanksiyalara salınmayıb. Bir neçə gün əvvəl ABŞ-ın Federal Reyestrinin elektron bazasında yerləşdirilən Dövlət Departamentinin müvafiq açıqlamasına görə sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunub. (Report)


Ana səhifəyə qayıt
    Oxunub: 1740

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac