İndoneziya Prezidenti elan etdi – Paytaxt köçürülür
(26-08-2019, 14:58)

İndoneziya Prezidenti elan etdi – Paytaxt köçürülürİndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İndoneziya rezidenti Joko Vidodo bəyanat verib.

Hökumətin bu məqsədlə təxminən 32 milyard dollar xərcləyəcəyi gözlənilir. Əsas işlərə 2021-ci ildə başlanılacaq. Planlaşdırma və milli inkişaf naziri Bambang Brojonegoro qeyd edib ki, hakimiyyət 2024-cü ilə qədər hökumətin yeni paytaxta köçəcəyini gözləyir.

Onun sözlərinə görə, əvvəlcə yeni paytaxt üçün bir neçə variant var idi: “Xüsusilə bütün dövlət strukturlarını yalnız Cakartanın mərkəzində cəmləşdirmək istəyirdik. Lakin nəticədə başqa bir adaya tam köçmək barədə qərar verildi”.

18 min adadan ibarət Kalimantan xüsusilə vacib olan seysmoloji cəhətdən təhlükəsiz bir ərazidə yerləşir.

Hazırkı paytaxt isə şəhər infrastrukturunun kifayət qədər inkişaf etməməsi ilə bağlı ciddi problemlər yaşayır.


Ana səhifəyə qayıt
    Oxunub: 1914

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac