Zərif Moskvada səfərdədir –Nüvə sazişi müzakirə olunacaq
(2-09-2019, 11:32)

Zərif Moskvada səfərdədir –Nüvə sazişi müzakirə olunacaqİranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 2-də Moskvaya yola düşüb.

O, rusiyalı həmkarı Serqey Lavrovla ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Tərəflərin Fars körfəzindəki vəziyyəti, Birləşmiş Ştatların ötən il tərk etdiyi nüvə sazişini müzakirə edəcəyi gözlənir. Açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

Gündəlikdəki digər məsələlər Suriya, Əfqanıstan, Yəmən, “ticari və iqtisadi əməkdaşlığın” genişləndirilməsidir.

Rusiya da 2015-ci ildə nüvə sazişini imzalayıb və İranla Birləşmiş Ştatların arasında gərginliyi azaltmağa çağırır.

ABŞ Prezidenti Donald Tramp sazişdən çıxandan sonra İranın neft sənayesi və maliyyə sektoruna sanksiyaları bərpa edib. O, İran yaxınlığında sularda gəmilərin hərəkətini bərpa etməkdən ötrü beynəlxalq dəniz patrulunun yerləşdirilməsinə çağırır.

Son vaxtlar beynəlxalq gəmilərə hücumlara görə Birləşmiş Ştatlar İranı ittiham edib. İran isə ittihamları rədd edib. Bütün bunlar regionda gərginliyi artırıb.

Zarif 2015-ci ildə nüvə danışıqlarında İranın əsas təmsilçisi olub.

İran da bu ildə saziş çərçivəsində öhdəliklərini məhdudlaşdırmağa başlayıb. Bu arada Britaniya, Fransa, Almaniya sazişi qoruyub saxlamağa cəhd edir.

Tramp nüvə sazişindən çıxmasını bu sənədin İranın raket proqramını, regionda yaraqlılara dəstəyini əhatə etməklə əsaslandırıb.

İran isə yaraqlıları dəstəkləmədiyini, nüvə proqramının sırf dinc məqsədli olduğunu deyir.

Lavrov və Zərif sonuncu dəfə mayda Rusiyada görüşüblər. (azadliq.org)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac