MAKRONUN VASİTƏÇİLİYİ VƏ AVROPA ÜÇLÜYÜNÜN BƏYANATI –"Bu, Ruhani və Zərifə çox baha başa gələcək"
(25-09-2019, 17:10)

MAKRONUN VASİTƏÇİLİYİ VƏ AVROPA ÜÇLÜYÜNÜN BƏYANATI –"Bu, Ruhani və Zərifə çox baha başa gələcək"“Əl-Monitor”, 24.09.2019



Nyu-Yorkda İran prezidenti Həsən Ruhani ilə fransalı vəzifədaşı Emmanuel Makron arasında 90 dəqiqəlik görüş, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq bilinən 2015-ci ilin nüvə sazişinə dair ikitərəfli əlaqələrdən siyasi həll yollarına qədər geniş mövzuları əhatə edib.

BMT Baş Assambleyası çərçivəsində aparılan müzakirələrə bir çətin məsələ kölgə salıb: sentyabrın 14-də Tehranın dəstəklədiyi Yəmənin husi üsyançılarının Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbə vurması iddiası.

Görüşdən bir qədər əvvəl İngiltərə, Fransa və Almaniya ortaq bəyanatla İslam Respublikasını bu hücuma görə məsuliyyət daşımaqda ittiham edib.

Bəyanatda deyilir: “İranın bu hücum üçün məsuliyyət daşıdığı bizə aydındır. Başqa heç bir əsaslandırılmış izahat yoxdur”.

Ruhani bu mövqeyi tənqid edib və Makrona iddiaların əsassız olduğunu bildirib.

Bununla belə, İran husilərin dəstəkləməkdən çəkinmir, pilotsuz təyyarələrlə həmləni yəmənlilərin Səudiyyə Ərəbistanının ölkələrinə hücumuna qarşı qanuni özünümüdafiə kimi qiymətləndirib.

İranın Nyu-Yorkdakı nümayəndəliyi media bürosunun rəhbəri Əlirza Miryusifinin sözlərinə görə, Ruhani fransalı vəzifədaşına Baş Assambleyadakı çıxışında təqdim etməyi planlaşdırdığı sülh təşəbbüsü barədə danışıb. İranın nəzarətində olan strateji su yolunun adı verilən “Hörmüz Sülh Təşəbbüsü” həssas bölgənin uzunmüddətli sabitliyi üçün Fars körfəzinin sahilyanı dövlətlərində sabitliyi təşviq edir.

Lakin İranın rəqibləri, ən başlıcası Səudiyyə Ərəbistanı, bəzi Qərb dövlətləri tərəfindən dəstəklənərək İslam Respublikasını Fars körfəzində bədniyyət və pozucu davranışda ittiham edib. Bu əsnada, JCPOA-in 3 Avropa imzaçısının verdiyi bəyanat da Tehranı regional fəaliyyətlərini və raket proqramını əhatə edən “uzunmüddətli çərçivə” üçün danışıqlar masasına gəlməyə çağırır.

Təəccüblü deyil ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif – sazişin əsas memarlarından biri olaraq qəbul edilən adam bəyanatı kəskin şəkildə qınayıb. “E3-ün ABŞ-ın icazəsi olmadan öz öhdəliklərini yerinə yetirməsindəki iflic vəziyyətin səbəbi 2018-ci ilin may ayından bəri aydın olub”, – deyə o, tvit ataraq, sözügedən 3 ölkəni “ABŞ-ın absurd iddialarını dəstəkləməkdən imtina etmə”yə çağırıb.

Son həftələrdə Fransa nüvə sazişini xilas etmək və iki düşməni – İran və ABŞ-ı bir-birinə yaxınlaşdırmaq məqsədi ilə diplomatik səylər göstərib. Lakin ABŞ prezidenti Donald Trampın qarışıq siqnalları və Tehranın danışıqların yalnız Vaşinqtonun nüvə sazişini yenidən qəbul etməsindən sonra aparılmasının vacibliyi barədə açıqlaması Fransa təşəbbüsünün müvəffəqiyyətinə qeyri-müəyyənlik çətiri örtüb.

Buna baxmayaraq, CNN-ə verdiyi müsahibədə Zərif danışıqları istisna etməyib və bir plan təqdim etməyə çalışıb. O, İranın JCPOA-in 2023-cü ilə qədər İrana tətbiq etmədiyi Əlavə Protokolu dərhal yerinə yetirməyə hazır olduğunu bildirib.

Protokola əsasən, İran nüvə obyektlərinə qısamüddətli yoxlama şəklində daha yaxın nəzarətə imkan verəcək. Lakin bunun qarşılığında, Zərifin təklifinə görə, Tramp 2018-ci ilin may ayında müqavilədən çıxdıqdan sonra bərpa etdiyi bütün sanksiyaları ləğv etməlidir.

XİN rəhbəri deyib: “Prezident Tramp davamlılığa ciddi yanaşırsa, biz hazırıq … İran heç vaxt nüvə silahına sahib dövlət olmayıb, lakin daimi nüvəsizləşdirmə, eşitmək istədikləri kimi, yerinə yetirilə bilər”

Zərif bu açıqlamaları verərkən, ABŞ-ın ən barışmaz tənqidçilərindən sərt və yüksək xəbərdarlıqlar səslənib.

“Ya telefon söhbəti, planlaşdırılan görüş və ya təsadüfi qarşılaşma şəklində heç bir görüş baş tutmamalıdır, – deyə Cavad Kərimi Quddusi, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü bildirib. – Buna bənzər hər hansı bir şey olarsa, bu, Ruhani və Zərifə çox baha başa gələcək və onlar bunu yaxşı bilirlər”.

Tərcümə: Strateq.az


Ana səhifəyə qayıt
    Oxunub: 348

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac