Rusiyalı jurnalist 7 il həbsə məhkum edilə bilər –Səbəb
(26-09-2019, 16:12)

Rusiyalı jurnalist 7 il həbsə məhkum edilə bilər –SəbəbSərhədsiz Reportyorlar Təşkilatı (RSF) Rusiya hakimiyyətini jurnalist Svetlana Prokopyevaya qarşı cinayət işini bağlamağa çağırıb. Jurnalist ötən il radioda yayınlanmış bir şərhə görə təqib olunur.

Bir neçə aylıq təhqiqatdan sonra ötən həftə Prokopyevaya “terrorçuluğu əsaslandırma” ittihamı irəli sürülüb və o, təqsirli bilinərsə, 7 il həbs cəzasına məhkum oluna bilər. RSF sentyabrın 25-də bu haqda bəyanat yayıb.

Pskov şəhərindən yaşayan jurnalist AzadlıqRadiosu-nun rus xidməti ilə əməkdaşlıq edirdi. RSF onun “məhkəmə nəzarətinə alındığını, pasportunun müsadirə olunduğunu, bank hesablarının bağlandığını, təqsirsizlik prezumpsiyası pozularaq ‘terrorçular’ın rəsmi siyahısına salındığını” bildirir.

Prokopyeva “sadəcə jurnalist kimi işini görüb və müstəntiqlərin onu bu cür təqib etməsini görmək qorxuncdur”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün başçısı Yohann Bihr deyib.

İttihamların niyyəti

“Bu absurd ittihamın niyyəti Rusiyanın bütün media orqanlarını qorxutmaqdır”, – Bihr sözlərinə əlavə edib.

Rusiyanın və beynəlxalq hüquq müdafiəçiləri Prokopyevaya qarşı cinayət işindən narahatlıq bildirib, onun mətbuat azadlığını məhdudlaşdırdığını vurğulayıblar.

Azad Avropa/AzadlıqRadiosu-nun (RFE/RL) Prezidenti Ceymi Flay tvitində yazıb ki, “Prokopyeva yalnız öz fikirlərini ifadə etdiyinə görə cinayət təqibinə məruz qalır”.

“Ona qarşı ittihamlarda məqsəd müstəqil jurnalistlərə mesaj verməkdir”, – o, sözlərinə əlavə edib.

2018-ci ilin noyabrında “Exo Moskvı” radiosunun Pskov bölümü üçün şərhində Prokopyeva Arxangelsk şəhərində bir həftə öncə törədilmiş partlayışı müzakirə edib.

Sözügedən insident zamanı 17 yaşlı bir oğlan Rusiya Təhlükəsizlik Xidmətinin yerli qərargahı qarşısında əldəqayırma partlayıcı partlatmışdı. Əməkdaşlardan üçü yaralanmışdı.

Onda Rusiya mediası yazırdı ki, insident zamanı həlak olmuş şübhəli intiharçı sosial media bəyanatlarında FSB-ni cinayət işlərini quraşdırmaqda ittiham edib.

Prokopyeva isə şərhində yeniyetmənin bəyanatlarını Prezident Vladimir Putinin hakimiyyəti altındakı siyasi mühitlə əlaqələndirib, ölkədə siyasi fəallığın kəskin məhdudlaşdırıldığını, bunun xalqı məyus etdiyini deyib. (azadliq.org)


Ana səhifəyə qayıt
    Oxunub: 525

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac