İŞİD-in yeni rəhbərinin adı açıqlanıb
(28-10-2019, 10:43)

İŞİD-in yeni rəhbərinin adı açıqlanıbHacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub.

Məlumatı “CNNTurk” yayıb.

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatda 8 helikopter iştirak edib.

ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də Ağ evdə verdiyi açıqlamaya əsasən, Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
21-noyabr-2019
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac