ABŞ və daha 6 ölkə İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
(31-10-2019, 10:14)

ABŞ və daha 6 ölkə İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edibABŞ və digər 6 ölkə İranın Hizbullahı dəstəkləyən 25 korporasiyası, bankı və fərdlərinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, hədəflər Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu Terrorizmin Maliyyələşdirilməsini Hədəfləyən Ölkələr Mərkəzi (TFTC) tərəfindən müəyyən edilib.

Bütün hədəflərə daha əvvəl Amerika tərəfindən sanksiyalar irəli sürülmüşdü.

“TFTC-nin addımı mənim həmkarlarımla terrorizmin maliyyələşdirilməsinə dair görüşlər keçirdiyim Yaxın Şərq səfərimə təsadüf edib” – deyə, maliyyə naziri Stiven Mnuçin bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu İranı İsrailə Yəməndən raket atmağın yollarını axtarmaqda ittiham edib.

Netanyahu bunu aralarında prezidentin müşaviri Cared Kuşner və maliyyə naziri Stiven Mnuçinin də olduğu ABŞ nümayəndə heyətinin İsrailə səfəri zamanı söyləyib. O, İrana qarşı daha sərt sankisyaların tətbiqinə çağırıb. (amerikaninsesi.org)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
21-noyabr-2019
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac