Tramp 2 milyon dollar cərimə edilib –Məhkəmə qərarı
(8-11-2019, 09:34)

Tramp 2 milyon dollar cərimə edilib –Məhkəmə qərarıMəhkəmə ABŞ prezidenti Donald Trampı siyasi və biznes maraqlarını təmin etməkdən ötrü onun özünə məxsus xeyriyyə fondundan sui-istifadəyə görə 2 milyon dollar cərimə edib.

Nyu York Ali Məhkəməsinin hakimi Saliann Skarpullanın noyabrın 7-də verdiyi hökmdə deyilir ki, Tramp bu pulu, ştatın demokrat baş prokuroru Letitia Ceymsin qaldırdığı iddia üzrə mülki mübahisənin çözülməsi üçün bir qrup qeyri-mənfəət təşkilatlarına ödəməlidir.

Tramp Fonduna qarşı məhkəmə iddiası 2018-ci ilin iyununda qaldırılıb.

İddia ərizəsində, fond xeyriyyə işi ilə Trampın 2016-cı il seçki kampaniyasının əlaqələndirilməsində “dəfələrlə qanunsuz davranışda” ittiham edilir.

Hakimin qərarında deyilir ki, Tramp özünün prezident seçkisi kampaniyasında çalışan əməkdaşların, həm də fondun veteranlar üçün ianə toplanmasında iştirakına imkan verməklə qanunu pozub.

Skarpulla deyib ki, veteranlar üçün pul toplanması “ Trampın siyasi kampaniyası” üçün reklam rolunu oynayıb.

Tramp bu fondu ötən dekabrda bağlasa da, buna baxmayaraq prokurorlar milyonlarla dollarlıq cərimə və təzminatlarla nəticələnən məhkəmə işini davam etdiriblər.

Oktyabr ayında Trampın vəkilləri və Baş Prokurorluq fondun buraxılması və onun 1, 7 milyon dollarlıq qalığının qeyri-mənfəət təşkilatlarına paylanmasına dair razılaşma əldə etmişdi.

Həmin razılaşmanın bir hissəsi kimi Tramp fondun pullarından sui-istifadə etdiyini boynuna almışdı.

O Baş Prokurorluqla razılaşmışdı ki, nə qədər cərimə ödəməli olduğunu hakim müəyyənləşdirsin. (azadliq.org)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac