Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
(12-11-2019, 10:35)

Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Qanun-namine.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, geniş nümayəndə heyəti ilə səfərə çıxan Ərdoğan ABŞ-da Prezident Donald Trampla gündəmdəki bir çox məsələləri müzakirə edəcəyini deyib.

Ərdoğan Trampla görüşdə F-35, S-400 raketləri ilə bağlı yaranan problemlər, YPG məsələsi, həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini qaldıracağını bildirib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ağ Ev Türkiyəni S-400-lərə görə sanksiya ilə hədələyib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac