Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
(13-12-2019, 09:56)

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıbAB liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.

Bu barədə “RİA Novosti” Avropa Şurasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dekabrın 12-də keçirilən AB sammitində liderlər təkcə iqlim problemlərini deyil, digər məsələləri də müzakirə ediblər.

“Onların arasında Rusiya da var idi. Sanksiyalar uzadıldı”, – deyə mənbə bildirib.

Bundan əvvəl, Avropa Birliyinin dövlət və hökumət başçılarının Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcəyi bildirilib. (apa)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac