Ukraynalılar Rusiyaya yalnız xarici pasportla gedə biləcəklər- Rəsmi
(18-12-2019, 15:00)

Ukraynalılar Rusiyaya yalnız xarici pasportla gedə biləcəklər- RəsmiUkrayna hökumətinin qərarına əsasən, ölkə vətəndaşları 2020-ci il martın 1-dən etibarən Rusiyaya yalnız xarici pasportla gedə bilərlər.

Bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk məlumat verib.

“2020-ci il martın 1-dən Ukrayna vətəndaşları Rusiya ilə sərhədi yalnız xarici pasport əsasında keçə bilərlər”, – deyə Baş Nazir bildirib. O qeyd edib ki, bu barədə qərar dekabrın 18-də hökumətin iclasında qəbul olunub. Ukrayna vətəndaşları Rusiya ərazisindən ölkəyə gələrkən onlar sərhədi həm də daxili pasport və doğum haqqında şəhadətnamə ilə maneəsiz keçə biləcəklər

Xarici pasportdakı məlumatlarının yoxlanılması xüsusi qurğular vasitəsilə həyata keçiriləcək ki, bu da sərhəd nəzarəti müddətini xeyli azaldacaq(azərtac).


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac