“Vurulan təyyarənin “Qara qutusu” Ukraynada araşdırılacaq” –Fransadan açıqlama
(14-01-2020, 18:19)

“Vurulan təyyarənin “Qara qutusu” Ukraynada araşdırılacaq” –Fransadan açıqlamaFransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.

“RİA Novosti” xəbər verir ki, qurum nümayəndəsi “qara qutu” üzərində Ukraynada çalışacaqlarını, bütün hallarda bu işin Fransadan kənarda görüləcəyini qeyd edib.

Bundan əvvəl İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransaya göndərildiyini bildirmişdi/Report.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac