Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqda sərəncam verdi –Medvedevə yeni vəzifə verildi
(16-01-2020, 15:49)

Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqda sərəncam verdi –Medvedevə yeni vəzifə verildiRusiya Prezidenti Vladimir Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin, eyni zamanda, Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir/APA.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac