“Almaniya Türkiyənin suriyalı qaçqınları qəbul etməsini təqdir edir” –Merkel
(24-01-2020, 11:38)

“Almaniya Türkiyənin suriyalı qaçqınları qəbul etməsini təqdir edir” –Merkel“Türkiyənin suriyalı qaçqınları qəbul etməsi tərəfimizdən təqdir edilir. Güman edirik ki, onlar Suriyaya qayıtdıqdan sonra ölkələrinin inkişafına töhfə verə biləcəklər”.

Bunu Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla birlikdəTürk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edib.

Almaniya kansleri qeyd edib ki, bu universitet iki ölkə arasında bilik xəzinəsi hesab edilə bilər.

“Universitet məzunlarının Almaniya və Türkiyə arasında əməkdaşlığın genişlənməsində böyük rol oynayacağına ümid edirəm”, – deyə o vurğulayıb. (apa)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac