Rusiya vətəndaşlarını Hubeydən çıxardı- Koronavirusa görə
(5-02-2020, 10:21)

Rusiya vətəndaşlarını Hubeydən çıxardı- Koronavirusa görəRusiya koronavirus epidemiyasına görə Çinin Hubey əyalətindən 144 nəfəri təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfirliyi məlumat yayıb.

Təxliyyə edilən 144 nəfərdən 128-nin Rusiya, 16-sının isə MDB ölkələrinin vətəndaşları olduğu bildirilib. Hubeydən çıxarılanlar arasında koronavirus şübhəsinin olmadığı açıqlanıb.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. İndiyə qədər xəstəlikdən 490 nəfər ölüb, yoluxanların sayı isə 24 mini ötüb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac