Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb
(17-02-2020, 15:46)

Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıbAvropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.

Bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan bəyanatında deyilir.

Bildirilir ki, Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2021-ci il fevralın 28-dək uzatmaq qərarına gəlib.

Sənəddə izah olunur ki, Brüssel silah və polis xüsusi texnikası təchizatına embarqonun, həmçinin belaruslu dörd təhlükəsizlik işçisinə qarşı viza məhdudiyyətlərinin müddətini 1999-2000-ci illərdə iki müxalif siyasətçi, bir iş adamı və bir jurnalistin sirli şəkildə yoxa çıxmasının səbəbinin araşdırılıb tapılmamasına görə uzadıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac