Gürcüstanın sabiq Baş naziri azadlığa çıxıb –O, aktiv siyasətə dönəcək?
(20-02-2020, 10:35)

Gürcüstanın sabiq Baş naziri azadlığa çıxıb –O, aktiv siyasətə dönəcək?Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azadlığa buraxılıb.

7 ilə yaxın həbsdə olan sabiq dövlət məmuru “Matrosov” adlanan həbsxananı tərk edib.

V.Merabişvilini yaxınları və dostları qarşılayıblar. Onun siyasi fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, özünün bu barədə açıqlaması hələ olmayıb.

Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub.

O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac