Rusiya Belarus ilə sərhədi bağladı
(16-03-2020, 10:11)

Rusiya Belarus ilə sərhədi bağladıRusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Belarusla sərhədi insanların gediş-gəlişi üçün bağladığını söyləyib.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

O qeyd edib ki, koronavirusa qarşı görülən bütün tədbirlər xəstəliyin Rusiyada yayılmasını məhdudlaşdıra bilər.

Son məlumatlara görə, Rusiyada virusa yoluxanların ümumi sayı 64 nəfərə yüksəlib. Belarusda 27 vətəndaşda koronavirus aşkar edilib, onlardan üçü xəstəxanadan evə buraxılıb. Ümumilikdə dünyada 168 mindən çox insan bu xəstəliyə yoluxub, 6500 nəfər vəfat edib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac