UHANDA KARANTİN REJİMİ LƏĞV EDİLDİ –Yerli hökumət 11 milyon nəfər əhalisi olan şəhərə azadlıq verdi - VİDEO
(8-04-2020, 14:28)

UHANDA KARANTİN REJİMİ LƏĞV EDİLDİ –Yerli hökumət 11 milyon nəfər əhalisi olan şəhərə azadlıq verdi - VİDEOKoronavirusun ilk yayılmağa başladığı yer olan Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi ləğv edilib.

“The Global Times”xəbər verir ki, yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.

Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.

Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. /Report



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac