Ramazan bayramında Türkiyədə 4 günlük küçəyə çıxma qadağası olacaq –Ərdoğan
(19-05-2020, 15:53)

Ramazan bayramında Türkiyədə 4 günlük küçəyə çıxma qadağası olacaq –Ərdoğan“Ramazan bayramında 24, 25, 26, 27 mayda 81 vilayətimizdə küçəyə çıxma qadağası tətbiq olunacaq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bildirib.

Türkiyə Prezidenti deyib ki, bəzi məscidlər 29 maydan ibadət üçün açıq olacaq. Onun sözlərinə görə, Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası daha 15 gün davam edəcək.

Qeyd edək ki, Türkiyənin 31 vilayətindən 16-na giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac