Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü
(20-05-2020, 17:27)

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdüDünyada koronavirusa yoluxan 1 970 918 nəfər sağalıb, 325 156 nəfər isə virusdan ölüb.

Qanun-namine.info xəbər verir ki, indiyədək 5 000 599 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 528 566), Rusiya (308 705) və Braziliyada (271 885) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 151 615 nəfər yoluxub, 4 199 nəfər ölüb. İranda isə 124 603 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 119 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə, Azərbaycandaqeydə alınmış yoluxma faktlarının ümumi sayı 3 518-dir. İndiyədək ölkəmizdə 2 198 nəfər virusdan sağalsa da, 41 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac