Professor:"Son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub"
(21-02-2019, 15:46)

Professor:"Son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub"Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.

Bu barədə “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasınınsədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub: “Yeni terminlər 2015-2018-ci illər alığında Azərbaycan dilinə daxil olub. Artıq həmin sözlər “Yeni Terminlərin İzahlı Lüğəti” adlı kitabda qeyd edilib. Bu kitab mütəmadi olaraq nəşr olunur. Birinci kitab 2015-ci ildə nəşr olunanda orada 2750 yeni söz daxil olunmuşdu. Daxil olan yeni sözlərin tapılan qarşılıqları da izahlı lüğətdə göstərilib. Amma beynəlxalq terminlər olduğu kimi saxlanılır”.


Ana səhifəyə qayıt
    Oxunub: 2523

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac