Əli bəy Azərinin “Bizi Umudsuz qoyma” kitabının təqdimatı keçirilib
(22-05-2019, 13:36)

Əli bəy Azərinin “Bizi Umudsuz qoyma” kitabının təqdimatı keçirilibAzərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Əli bəy Azərinin “Bizi Umudsuz qoyma” kitabının təqdimatı keçirildi.

Qanun-namine.info xəbər verir ki, müxtəlif təbəqələrdən olan yüzdən çox adamın iştirak etdiyi tədbir şair Məmməd Arazın “Azərbaycan” şeirinin səslənməsi ilə başlandı. Giriş sözü uzun müddət Bakı Dövlət Universitetində çalışmış el ağsaqqalı, iqtisad elmləri namizədi Şamxal Hüseynov söylədi.
Onun ardınca Yazıçılar Birliyinin təmsilçisi yazıçı Seyran Səxavət çıxış etdi. Oqtay Zəngilanlı, Hafiz Rüstəm, Lalə İsmayıl, Vaqif Osmanov, Süleyman Abdulla öz çıxışlarında Əli bəy Azərinin yaradıcılığından bəhs etdilər, tədbir iştirakçılarını onun hekayələri haqda qismən məlumatlandırdılar.
Tahirə İsmayılova, Hafiz Əlimərdanlı, Nizami Kolanılı, Alı Rəhimoğlu, Damət Salmanoğlu, Çərkəz Nəsirli çıxış edərək yazıçıya yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Leyla Abasova, Əlibala Zalov, Məlahət Yusifqızı, Nemət Bəxtiyar, Oqtay Rza, Yaşar Bünyad, İlqar Türkoğlu Əli bəy Azəri yaradıcılığı ətrafında başlanan müzakirələrə qoşularaq son vaxtlar ədəbiyyatda gedən hərb mövzusu barədə dəyərli fikirlər səsləndirdilər.
Tədbirdə iştirak edən AVMVİB Zəngilan şöbəsinin sədri Azad Musayev, keçmiş döyüşçülər İlyas Abdullayev, Səbuhi Hüseynov, Tahir Mənnədov, Cəmil Əsədov, hazırda hərbi xidmətdə olan Bəxtiyar Əliyev vətənin başını qara buludlar alanda qələmi süngüyə çevirmiş Əli bəy Azərinin keçdiyi döyüş yolundan danışdılar.
Azad Musayev tədbir iştirakçılarının gurultulu alqışları altında Əli bəy Azəriyə “Müharibə veteranı” medalını təqdim etdi.
Tədbiri yekunlaşdırmaq üçün Şamxal Hüseynov son söz söylədi, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və Məmməd Arazın “Azərbaycan” şeirinin səsləndirilməsi ilə tədbir başa çatdı.


Ana səhifəyə qayıt
    Oxunub: 9744

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac