Sami Yusuf Nəsiminin “Sığmazam” qəzəlini oxudu - VİDEO
(10-09-2019, 10:31)

Sami Yusuf Nəsiminin “Sığmazam” qəzəlini oxudu - VİDEOMüğənni Sami Yusuf dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə maraqlı layihə təqdim edib.


Qanun-namine.info xəbər verir ki, həmyerlimiz şairin “Sığmazam” qəzəlini fərqli bir şəkildə ifa edib. Layihədə 57 nəfərlik orkestr yer alıb və Samini Əməkdar artist Təyyar Bayramov və Əməkdar incəsənət xadimi Samirə Əliyeva müşayiət edib.

S. Yusufun sözügedən ifası sənətçinin “Youtube” səhifəsində yerləşdirilib. Bəstə 15 saat ərzində 100 min baxış toplayıb, 13 min insan tərəfindən bəyənilib.

Bundan əlavə, “Sığmazam” sosial şəbəkələrin də güdəmini zəbt edib, istifadəçilər tərəfindən bəyənilib və müzakirə mövzusuna çevrilib.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac