“Əhməd bəy Cavanşir” kitabı nəşr edildi –Mehriban Vəzirin yeni əsəri
(26-11-2019, 09:45)

“Əhməd bəy Cavanşir” kitabı nəşr edildi –Mehriban Vəzirin yeni əsəriYazıçı Mehriban Vəzirin “Əhməd bəy Cavanşir” kitabı nəşr olunub.

Qanun-namine.info xəbər verir ki, Əhməd bəy Cavanşir dövrünün görkəmli ictimai xadimi, milli-mənəvi dəyərlərin gerçək təmsilçisi, ünlü şəcərə və nümunəvi bir kimlik sahibidir. O, eləcə də Azər­baycan ictimai fikir və tərəqqi tarixinin fədailərin­dən biri olub və “Qarabağnamə” kimi mühüm tarixi əsərin müəllifidir.

Bir sıra mütəfəkkirlərimiz kimi, Əhməd bəyin də ömür hekayəsi itib, ictimai xidmətləri, ədəbi irsnin böyük qismi dəyişən formasiyaların xarabalıqlarına gömülüb.

Ömrünü ictimai xidmətə, mədəni tərəqqiyə, maarifə, milli-mədəni irsin toplanmasına və bütün bunlarla yanaşı fiziki mövcudluq uğrunda savaşa həsr etmiş Əhməd bəy Cavanşir əzmli bir müqavimət, mənəvi dirəniş, həyata tutunma timsalı, oxumağa-öyrənməyə dəyən bir ömür örnəyidir.

“Əhməd bəy Cavanşir” kitabı xatırlanmağı haqq edən, lakin unudulmuş bir şəxsiyyətin tanıtımıdır.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Höku­mət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardı­mı ilə “19-cu əsrdə Qarabağda ictimai-siyasi durum və Əhməd bəy Cavanşirin (1823–1903) həyatı” layihəsi çərçivəsində Azərbaycan Qadınla­rı­nın Siyasi Mədəniyyət Mər­kəzi İctimai Birliyi tərəfindən hazırlanıb.

Bu kitaba müəllifin Qarabağın 19-cı yüzildəki ictimai-siyasi durumuna və Əhməd bəy Cavanşirə həsr edilmiş “Mövcudluq Uğrunda” tarix-sənədlii romanından bir hissə, Həmidə xanımın atası ilə bağlı xatirələri və Əhməd bəy Cavanşirin tarixi öçerkləri daxil edilib.

Azərbaycan ictimai jurnalistikasının banilərindən biri olan maarifçi ədib Əhməd bəy Cavanşirin çoxşaxəli fəaliyyəti və misilsiz ömür hekayəsi ilk dəfə olaraq oxuculara təqdim edilir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac