Dilçilik İnstitutu:"Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb"
(29-11-2019, 13:27)

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: “Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”.