Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı
(22-07-2020, 16:11)

Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib –Qərargah son məlumatı yaydıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə 649 953 test aparılıb”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac