Bankirlər problemli kreditlərlə bağlı qərarlar qəbul etdi –Güzəşt paketi rəsmi qurumlara göndərilib
(28-02-2019, 12:27)

Bankirlər problemli kreditlərlə bağlı qərarlar qəbul etdi –Güzəşt paketi rəsmi qurumlara göndərilibDünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.

Etibarlı mənbədən verilən məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib.

Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir/Modern.az.


Ana səhifəyə qayıt
    Oxunub: 3132

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac