Vladimir Putin:"Türkiyə ilə əlaqələr strateji səviyyəyə yüksəlib"
(4-07-2019, 13:17)

Vladimir Putin:"Türkiyə ilə əlaqələr strateji səviyyəyə yüksəlib"Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Moskva ilə Ankara arasında əlaqələr strateji səviyyəyə yüksəlib.

Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Məhmət Samsarın etimadnaməsini qəbul edən Rusiyanın dövlət başçısı deyib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayır.

Vladimir Putin əlavə edib: “Qonşumuz Türkiyə ilə tərəfdaşlığımız strateji səviyyəyə yüksəlib. Mən Prezident Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayıram. Apreldə Moskvada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası da uğurlu oldu”.

Vladimir Putin Akkuyu atom elektrik stansiyası və “Türk axını” təbii qaz layihələrinin həyata keçirilməsini hər iki tərəf üçün böyük və əhəmiyyətli iqtisadi addımlar adlandırıb. “Bizim bir çox maraqlı layihələrimiz və birgə təşəbbüslərimiz mövcuddur. Rusiya və Türkiyənin Suriyada vəziyyətin normallaşması və sülh prosesinin başlanması istiqamətində əlaqələndirilmiş səyləri beynəlxalq sabitliyin mühüm amilidir”, -deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

2020-ci ildə Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin 100 illiyi tamam olur. Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur(azərtac).


Ana səhifəyə qayıt
    Oxunub: 4089

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac