Beynəlxalq aləmdən Moskvaya sərt təpkilər –Aksiyalara icazə və saxlanılanlara azadlıq tələb edilir
(5-08-2019, 15:59)

Beynəlxalq aləmdən Moskvaya sərt təpkilər –Aksiyalara icazə və saxlanılanlara azadlıq tələb edilirABŞ və Avropa Birliyi avqustun 3-də Moskvada etiraz aksiyasının güclə dağıdılmasını pisləyib və saxlananların azad ounmasını tələb edib.

“Rusiya hakimiyyəti, vətəndaşların azad və ədalətli seçki yolu ilə ifadə bildirmək və konstitusiyada nəzərdə tutulduğu kimi, dinc toplantılar keçirmək azadlığını məhdudlaşdırmaqda davam edir. Hakimiyyətin avqustun 3-də etdiyi hərəkət vətəndaşların demokratik proseslərdə hərtərəfli iştirak etmə azadlığını pozur”, – Moskvadakı ABŞ səfirliyinin yaydığı bəyanatda deyilir.

Avropa Birliyinin xarici məsələlər üzrə idarəsinin nümayəndəsi Maya Kosyancic isə bəyan edib ki, Avropa Birliyi aksiya zamanı saxlanmış 600 nəfərin təcili azad edilməsini gözləyir.

Həmçinin Almaniyanın Xarici İşlər Nazirliyi avqustun 4-də bəyanat yayaraq Moskvada mindən çox aksiyaçının saxlanmasını pisləyib.

İsveçin xarici işlər naziri Margot Valstrem də Rusiya hakimiyyətini müstəqil namizədləri seçkiyə buraxmağa çağırıb.

“Amnesty International” hüquq-müdafiə təşkilatı da polisin aksiyaçılara qarşı həddən artıq zor işlətməsini kəskin pisləyib.

Rusiyanın daxili işlər naziri saxlananların 600 nəfər olduğunu deyir.

Amma hüquq-müdafiə portal olan “OVD-İnfo” nun məlumatına görə, aksiya dağıdılarkən 828 nəfər saxlanıb.

Onların əksəriyyəti artıq buraxılıb, amma onlardan 19 nəfəri avqustun 4-də hələ də müvəqqəti saxlama məntəqələrindədir.

Aksiyaçıların çoxu Trubnoy və Puşkin meydanında saxlanılıblar.

Qeyd edək ki, Rusiyanın müxalifət tərəfdarları avqustun 3-də müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərə buraxılması tələbi ilə icazəsiz aksiyaya çıxıb.

Artıq təxminən 1 aydır ki, Moskvada bu tələblə etiraz aksiyaları keçirilir. İyulun 27-də şəhərdə keçirilən kütləvi etiraz aksiyası zamanı 1300-dən çox adam saxlanmışdı.

Amerikaninsesi.org


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac