DAVUDOĞLU AKP-dən XARİC EDİLDİ –4 saat 40 dəqiqəlik toplantıdan sonra qərar verildi
(3-09-2019, 11:29)

DAVUDOĞLU AKP-dən XARİC EDİLDİ –4 saat 40 dəqiqəlik toplantıdan sonra qərar verildiBu gün Türkiyə prezidenti Ərdoğanın lideri olduğu hakim AKP-nin Mərkəzi İdarə Heyəti qapalı toplantı keçirib.

Qanun-namine.info Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğanın sədrliyi ilə 4 saat 40 dəqiqə çəkən toplantıda sabiq Baş nazir Əhməd Davudoğlu başda olmaqla, AKP-nin bir zamanlar fəal funksionerləri olan Ayxan Səfər Üstün, Abdullah Başçı və Səlcuq Özdağın partiyadan xaric edilməsi haqda qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Konyada tərəfdarları qarşısında çıxış edən Ərdoğan Davudoğlunun partiyadan çıxarılacağının siqnalını vermişdi. O, “Kağız üzərində üzvümüz kimi görünüb, könülünü və yolunu bizdən ayıranlar varsa, biz onları sıralarımızdan arındırmaqdan çəkinməməliyik”, – deyə xəbərdarlıq etmişdi.

Bu açıqlamaya reaksiya verən Davudoğlu isə “Məni partiyadan xaric etmələrini gözləmirəm, onlar məni zatən tarixdən xaric ediblər”, – deyə cavab vermişdi.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac