MİLLİ MƏCLİS ƏLİ ƏSƏDOVUN BAŞ NAZİR TƏYİNATINA RAZILIQ VERDİ –Səsvermə ilə
(8-10-2019, 11:45)

MİLLİ MƏCLİS ƏLİ ƏSƏDOVUN BAŞ NAZİR TƏYİNATINA RAZILIQ VERDİ –Səsvermə iləAzərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyinatına razılıq verib.

Qanun-namine.info xəbər verir ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə olunub və səsvermə ilə qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.


Ana səhifəyə qayıt
    Oxunub: 68

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac