Terrorçulara məxsus 181 sığınacaq türk ordusu tərəfindən məhv edilib
(10-10-2019, 10:49)

Terrorçulara məxsus 181 sığınacaq türk ordusu tərəfindən məhv edilibTürk Silahlı Qüvvələri tərəfindən oktyabrın 9-da yerli vaxtla saat 16.00-da Suriya ərazisində başladılan “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı nəticəsində Suriyanın Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən hücum olub.


Qanun-namine.info "TASS" agentliyinə istinadən xəbər verir ki, eyni anda bölgədə yerləşən Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində PKK/YPG terror təşkilatlarına aid sığınacaqlar hədəfə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq 181 hədəf hərbi təyyarə və artilleriya ilə vurulub. Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac