Ukrayna XİN başçısı ATƏT-in toplantısında:"Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
(5-12-2019, 15:59)

Ukrayna XİN başçısı ATƏT-in toplantısında:"Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"Ukrayna böhranının həlli ATƏT ölkələrinin ərazisində mövcud olan uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yol aça bilər.

Bu barədə Ukraynanın xarici işlər naziri Vadim Pristayko Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

“Yaxın günlərdə Parisdə Norman sammiti çərçivəsində Avropadakı ən böyük münaqişənin həllinə nail olmağa çalışacağıq. Ümid edirik ki, bu istiqamətdə əldə olunacaq irəliləyiş yalnız Ukraynada deyil, həm də Gürcüstan, Moldova və Azərbaycanda həlli uzanan münaqişələrin sülh yolu və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə tam hörmət edilməsi ilə nizamlanmasına yol aça bilər”, – V.Pristayko deyib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac